Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Barbados metakainatda rəqəmsal səfirliyini işə salacaq

Barbados metakainatda rəqəmsal səfirliyini işə salacaq

Tarix: 11 Dekabr 2021 20:12

Karib hövzəsində yerləşən Barbados adlı kiçik ada dövləti müasir texnologiyalara çox müsbət yanaşır. Belə ki, Barbadosun yerli hakimiyyəti öz səfirliyini rəqəmsal dünyaya köçürtmək üçün metakainat (metaverse) sahəsində çalışan müxtəlif şirkətlərlə əməkdaşlıq edir. Barbadosun Xarici İşlər və Xarici Ticarət Nazirliyi artıq Decentraland adlı platformanın tərtibatçıları ilə razılıq əldə ədib. Decentraland desentrəlizə edilmiş virtual reallıq platformasıdır və bu platforma 90.601 ədəd virtual torpaq sahəsinə sahibdir. Desentrəlizə edilmiş platformada virtual daşınmaz əmlak NFT formatında reallaşdırılıb və onları Ethereum blockchain platforması əsasında yaradılmış MANA adlı kriptovalyuta vasitəsilə almaq olar.

Beləliklə Barbados ilə bu platforma arasında əldə edilmiş razılığın şərtlərinə əsasən kiçik ada dövləti həmin platformada daimi rəqəmsal səfirliyini istifadəyə verəcək. Yaxın gələcəkdə Barbados həmçinin Somnium Space və Super World kimi platformaların tərtibatçıları ilə də müqavilə bağlamağı planlaşdırır. Barbadosun yerli hakimiyyətinin planları arasında rəqəmsal dünyalardakı torpaq sahələrinin alınması üzrə müxtəlif layihələrin işə salınması, virtual səfirliklərin və konsulluqların arxitekturalarının yaradılması və elektron viza ilə teleport kimi xidmətlərin təqdim olunması var.

Teleport xidməti öz növbəsində istifadəçilərə avatarları müxtəlif dünyalar arasında daşımağa imkan verəcək. Barbadosun rəqəmsal səfirliyi artıq yanvar ayında işə düşəcək. Beləliklə Barbados metakainat ərazisini suveren olaraq tanımış ilk dövlət olacaq. Diplomatlar qeyd ediblər ki, istifadəyə veriləcək rəqəmsal səfirlik beynəlxalq hüquq və Vyana Konvensiyası normalarına uyğun olacaq. Barbados həmçinin metakainatlarda iddialı iqtisadi planlara da sahibdir. Qeyd etmək lazımdır ki, Barbadosda kriptovalyutalara qarşı çox loyal siyasət mövcuddur. Bu dövlətin mütəxəssisləri isə mərkəzi bankların rəqəmsal valyutalar üzrə layihələrinə rəhbərlik ediblər.


Etiketlər:  Barbados metakainatda rəqəmsal səfirliyini işə salacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ