Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çənəniz ağrıyırsa... ürəyinizi yoxlayın

Çənəniz ağrıyırsa... ürəyinizi yoxlayın

Tarix: 11 Dekabr 2021 23:03

Adətən ürək tutması (stenokardiya) və infarkt ürək nahiyəsində güclü yandırıcı ağrılarla müşayiət olunur.

İnsan bunun səbəbini dərhal başa düşür və lazım olan tədbirləri görür - dərman qəbul edir, həkimə müraciət edir.

Lakin bəzən ürək tutması qeyri-səciyyəvi keçir. Bu zaman onun əsas simptomu aşağı çənədə güclü kəskin ağrı ola bilər. Xəstə əksər hallarda belə ağrıları ürək problemləri ilə əlaqələndirmir, vaxtında həkimə müraciət etmir. Bu isə çox təhlükəlidir.

Bəli, belə ağrılar dişlər, çənə sümüyü problemləri ilə də bağlı ola bilər. Lakin nəzərə almaq lazımdır ki, bu ürək tutmasının yeganə simptomu da ola bilər.

Bunları necə ayırd etmək olar? Çənədə ağrıların səbəbi ürək problemi olarsa, ağrı çənənin konkret bir nöqtəsində hiss olunmur, bütün çənəni əhatə edir, yayılmış xarakter daşıyır, insan aşağı çənədə sıxılma, yandırma hiss edir. Həmçinin ağrı fiziki və ya emosional gərginlikdən sonra əmələ gəlir.

Ürək problemi ilə bağlı olan çənə ağrısı sakit vəziyyətdə və ya nitroqliserin həbinin qəbulundan sonra azalır və ya keçir.

Özünüzdə bu kimi simptomları müşahidə edirsinizsə, vaxt itirmədən kardioloqun müayinəsindən keçin. Bu ciddi ürək xəstəliyinin əlaməti ola bilər.


Etiketlər:  Çənəniz ağrıyırsa ürəyinizi yoxlayın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ