Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kişilər istədikləri qədər evlənə bilir, lakin qadınlar...''

''Kişilər istədikləri qədər evlənə bilir, lakin qadınlar...''

Tarix: 12 Dekabr 2021 16:10

Hollivud ulduzu Cennifer Eniston qadınların şəxsi həyatlarında kişilərdən daha çox təzyiqə məruz qalmasına etiraz edib.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu barədə aktrisa "Hollywood reporter" jurnalına müsahibəsi zamanı danışıb. O, şəxsi həyatında da qarşılaşdığı problemləri haqsız hesab etdiyini bildirib.

Keçmiş həyat yoldaşları, aktyorlar Bred Pitt və Castin Terudan ayrılan Cennifer yenidən evlilik qərarı alarsa, kişilərlə müqayisədə daha çox tənqidlə üzləşəcəyini vurğulayıb: 

"Kişilər qocalanda belə 20 yaşlı xanımlarla istədikləri qədər ailə həyatı qura bilirlər. Buna görə, onları qınayanlar belə olmur. Lakin qadınlar bunu edəndə həmin reaksiya əvəzinə tənqidlə qarşılaşırlar. Bu ikiüzlülükdür".

Aktrisa övladı olmasa da hamiləlik xəbərləri ilə daim gündəmə gəlməsinə əsəbiləşdiyini qeyd edib:

"Qadınları saldıqları çərçivə absurd və narahatedicidir. Bədənimizə nəyin yaxşı gəldiyini özümüz qərar verə bilərik. Bu seçim bizimdir. Yalnız bizi maraqlandıra bilər".


Etiketlər:  Kişilər istədikləri qədər evlənə bilir lakin qadınlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ