Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Dekabr 2021 08:36
Hıçqırtı diafraqmanın qeyri-iradi sıxılmasıdır. Hıçqırtının səbəbi stress, həyəcan, həddindən artıq çox qidanın qəbulu, qidanı tez-tez qəbul etmək və s. ola bilər.
Bəzən hıçqırtı ürək və ağciyər xəstəlikləri, qida borusu yırtığı, baş beyini şişləri və infeksiyalarının simptomu kimi meydana çıxır. Bu halda hıçqırtı tez-tez təkrarlanır, saatlarla davam edir və ağrılı ola bilər. Miokard infarktı zamanı da hıçqırtı meydana çıxa bilər.
Beləliklə, hıçqırtı sizi tez-tez narahat edirsə, uzunsürən və ağrılı olursa, mütləq həkimə müraciət edin.
Sizə hıçqırtıdan qurtulmağın ən sınanmış üsullarını təqdim edirik.
1. Dərindən nəfəs alın, 10 saniyə saxlayın və sonra asta-asta nəfəs verin. Bunu 3-4 dəfə təkrar edin.
2. Kağız paketinə nəfəs verin və alın.
3. Önə əyilin, döş qəfəsinizi sıxın.
4. Tez-tez kiçik qurtumlarla soyuq su için.
5. Asta-asta 1 tikə quru çörək, bərk peçenye və s. çeynəyin.