Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rasim Əkbərovu qətlə yetirmək cəhdi: istintaq tamamlandı

Rasim Əkbərovu qətlə yetirmək cəhdi: istintaq tamamlandı

Tarix: 16 Dekabr 2021 21:32

Əfsanəvi döyüşçü, birinci Qarabağ müharibəsindəki şücaətlərinə görə 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən keçmiş batalyon komandiri Rasim Əkbərovun həyatına sui-qəsdlə bağlı istintaq tamamlanıb.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, həmin cinayət əməlini törətmiş Xaliq Məmmədovun işi üzrə istintaq materialları baxılmaq üçün məhkəməyə göndərilib. Cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun icraatındadır. Məhkəmənin hazırlıq iclası 28 dekabr saat 16:30-a təyin edilib.

Hadisə bu il sentyabrın 7-də Goranboy şəhəri H.Əliyev prospektində baş vermişdi. Rasim Əkbərov çayxanada oturarkən Goranboy sakini Xaliq Məmmədov ona yaxınlaşıb və heç bir səbəb olmadan bıçaqla zərbələr endirməyə başlayıb. Ağır yaralanan 65 yaşlı R.Əkbərov Gəncə Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

R.Əkbərovu öldürməyə cəhdə görə X.Məmmədov həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 29.120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd) maddəsilə ittiham irəli sürülüb.

lakin məlumatlara görə, R.Əkbərovu bıçaqlayan Xaliq Məmmədov rayon sakinləri arasında narkotik maddələr istifadə edən şəxs kimi tanınıb. Onun keçmiş batalyon komandirini niyə bıçaqlayıb öldürmək istədiyi yəqin ki, məhkəmə araşdırmaları zamanı ictimailəşəcək...


Etiketlər:  Rasim Əkbərovu qətlə yetirmək cəhdi istintaq tamamlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ