Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qocalmağın GÖZLƏNİLMƏZ SƏBƏBİ: risk yarana bilər...

Qocalmağın GÖZLƏNİLMƏZ SƏBƏBİ: risk yarana bilər...

Tarix: 16 Dekabr 2021 23:24

Televiziyaya çox baxmaq beyindəki boz maddənin miqdarının azaldır. Bu səbəbdən koqnitiv geriləmə və sonrakı həyatda düşünmə qabiliyyətinin itirilməsi riski yaran bilər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Eat this, Not That" portalı Kolumbiya Universitetinin İrvinq Tibb Mərkəzinin nevroloqu Priya Paltaya istinadən yazır.

"Nəticələrimiz göstərir ki, oturaq həyat tərzinin əlaməti sayılan televizora çox baxmaq beynin koqnitiv qabiliyyətlərinin azalması ilə əlaqələndirilə bilər", - ekspert deyib.

Alimlər hesab ediblər ki, sürətli qocalmanın ikinci amili internetdən tez-tez və uzun müddət istifadə etməkdir. Belə ki, həddən artıq aktiv istifadəçilər nəinki fiziki fəaliyyətsizlikdən əziyyət çəkirlər, həm də kompüter ekranlarından və smartfonlardan "mavi işığa" məruz qalırlar.

Beynin və dərinin qocalmasına, stresin yatırılmasına səbəb olan qeyri-sabit yuxu rejimi kimi vərdişlər də sağlamlıq üçün təhlükəli hesab olunur.

Yale Universitetinin araşdırmasına görə, emosiyalarını ifadə etməyə kömək edən rahatlama təcrübələri vasitəsilə stresslə mübarizə aparan iştirakçılar da daha yavaş hüceyrə yaşlanması prosesindən keçiblər.

Milli.Az


Etiketlər:  Qocalmağın GÖZLƏNİLMƏZ SƏBƏBİ risk yarana bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ