Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2021 19:04
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan hakimiyyəti dövründə çoxlu səhvlərə yol verdiyini etiraf edib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, Ermənistanın bu günü və gələcəyi haqqında danışarkən səhvlərini etiraf edib.
"Bütün günahlarıma görə başqalarını günahlandırmaqda qətiyyən məqsədim yoxdur, hakimiyyətdə olduğum illərdə çoxlu problemlər var idi, ədalətsizliklər, korrupsiya yüksək səviyyədə idi, pul yığanlara qarşı kifayət qədər sərt deyildim.
Sərvətləri özləri üçün yetərincə deyildi, xalqla kifayət qədər açıq deyildilər, bir çox daxili problemlərə diqqət yetirmirdilər, dövlət təhlükəsizliyi məsələləri ilə məşğul olurdular", - Sarkisyan Ermənistan Respublika Partiyasının qurultayında deyib.