Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2021 19:15
Əllərin yuyulması çox effektli gigiyenik proseduradır.
Bu qaydaya əməl etməklə siz özünüzü bir çox infeksion xəstəliklərdən qoruya bilərsiniz.
Araşdırmalar nəticəsində məlum olub ki, əllərin yuyulması bağırsaq infeksiyalarının (o cümlədən, dizenteriya, hepatit A və s.) riskini 50-60%, qripp və kəskin respirator infeksiyalarının riskini 15-25% azalda bilər.
Əllərinizi effektli şəkildə yumaq istəyirsinizsə, buna 20 saniyədən az olmayaraq vaxt sərf edin və əllərinizi 2 dəfə sabunlayın.
Həkimlərin müşahidələrinə görə, adətən insanlar əllərin yuyulmasına orta hesabla 6 saniyə vaxt sərf edir. Bu isə əllərin effektli yuyulmasını təmin etmir.
Əllərinizi yuduqda barmaqların uclarına, barmaqlar arasında məsafələrə, dırnaqlara xüsusi diqqət yetirin. Mikroblar daha çox burada yığılır.
Əllərinizi yeməkdən əvvəl, yemək bişirməkdən əvvəl, tualetdən sonra, evə çöldən qayıtdıqdan sonra, pulla təmasdan sonra, evi yığışdırdıqdan sonra, heyvanlarla və onların ifrazatları ilə təmasdan sonra, istənilən tibbi və gigiyenik proseduralardan əvvəl və sonra (məsələn, yaranın işlənməsindən, uşağın "pampersinin" dəyişilməsindən sonra), kontakt linzalarının və diş protezlərinin taxılmasından sonra mütləq yumaq lazımdır.
Həkimlər adi tualet sabunundan istifadə etməyi tövsiyə edirlər. Duru sabunlardan istifadə etmək daha yaxşıdır.
Uşaqlar və böyüklər üçün olan dəsmallar ayrı olmalıdır.