Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2021 23:20
YUNESKO-ya üzv dövlətlər süni intellektin inkişafı üçün ilk qlobal etik standartları qəbul ediblər.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə təşkilatın mətbuat xidməti bildirib.
Məlumatda qeyd olunub ki, tövsiyyələr insanlara süni intellektin cəmiyyətə gətirdiyi faydaları əldə etməyə və bu texnologiyalarla bağlı riskləri azaltmağa kömək etmək məqsədi daşıyır.
Vurğulanıb ki, süni intellekt cəmiyyətin üzləşdiyi mürəkkəb problemləri, xüsusən də xərçəngin müalicəsi, aclıqla mübarizə və yardımın ehtiyacı olan ölkələrə daha səmərəli paylanmasında, həll edə bilər.
Press-relizdə qeyd olunub ki, "eyni zamanda, bu texnologiyalar "məxfiliyə təhlükə" və "kütləvi nəzarətin təşkili təhlükəsi" kimi görünməmiş çağırışları yaradır".