Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2021 17:10
Ötən ildən bəri sevgili olan aktrisa Aslı Enver və reklamçı Sarp Batur ayrılıb.
Sonxeber.net Olay-a istinadən xəbər verir ki, buna səbəb Sarpın evliliyə soyuq baxması olub. Belə ki, ana olmaq istəyən Aslı nikah bağlamaq arzusunu dilə gətirib, lakin qarşı tərəfin cavabı ürəkaçan olmayıb. Bununla da, aktrisa ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, Aslı Enver 2012-ci ildə həmkarı Birkan Sokullu ilə evlənsə də, cütlük 3 il sonra boşanıb. Daha sonra Murat Bozla eşq yaşayan aktrisa sənətçinin evlilikdən qaçdığı üçün ayrılıb.