Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniyada Yeni il bayramı ləğv edilir

Britaniyada Yeni il bayramı ləğv edilir

Tarix: 20 Dekabr 2021 21:32

İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiyanın daxil olduğu Böyük Britaniyada pandemiyanın başlanmasından bəri ən çox yoluxma halı ardıcıl iki gün ərzində müşahidə olunub. Cümə axşamı günü yoluxma sayı 88,376-ya yüksəlib.

Sonxeber.net xəbər verir ki, Britaniyanın baş tibb müşaviri professor Kris Vitti açıqlamasında Omikron variantının inanılmaz dərəcədə sürətlə yayıldığını, lakin gücləndirici peyvəndlər sayəsində potensialını tez itirdiyini söyləyib.

Baş nazir Boris Conson da ictimaiyyəti diqqətli olmağa çağırıb. Bununla belə, o, yeni bağlanma və ya komendant saatı ilə bağlı qərar verməyəcəklərini deyib.

Kraliça II Yelizaveta da Omikron variantının sürətlə yayılmasına qarşı tədbir olaraq ənənəvi illik Milad öncəsi naharını ləğv etdiyini açıqlayıb.

Açıqlamalarda sürətli yayılmanı dayandırmaq üçün kritik əhəmiyyətli gücləndirici proqramın gözlənildiyi bildirilib.

Ötən həftə İngiltərədə "B Planı" adlı evdən işləməyi təşviq etmək, sosial məsafəni qorumaq və qapalı ərazilərdə maska tələbi kimi qaydalar tətbiq edilib. /medicina.az


Etiketlər:  Britaniyada Yeni bayramı ləğv edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ