Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böhran bitdi: Lirə bahalaşacaq - Ekspert

Böhran bitdi: Lirə bahalaşacaq - Ekspert

Tarix: 21 Dekabr 2021 09:58

Ərdoğanın ötən gün açıqladığı qərarlar xarici valyutaya meyli dayandıracaq. Vətəndaşlar əllərindəki pulların "əriməsindən" şikayətlənirdilər. Ona görə də xarici valyutaya meyil var idi.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Dilək Güngör deyib.

Vətəndaşların hələ də hökumətə güvəni olduğundan danışan Güngör Ərdoğandan gözlənilən açıqlamanın gəldiyini söyləyib:

"Lirənin ucuzlaşması bu gün də davam edəcək. Hamı pulunu xarici valyutaya yatırırdı. Bugündən etibarən vətəndaşlar valyuta satışına başlayacaq".

Qeyd edək ki, ötən gün Ərdoğanın hökumətin iclasından sonra valyuta ilə bağlı açıqlaması lirənin dəyər qazanmasına səbəb olub. Son məzənnəyə əsasən, 1 dollar 13,20, 1 avro isə 14,9 türk lirəsi təşkil edib.


Etiketlər:  Böhran bitdi Lirə bahalaşacaq Ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ