Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2019 09:54
Bakı. İlhamə İsabalayeva - Trend:
Biləsuvar rayonunda icazəsiz ov edən şəxs saxlanılaraq cərimə edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonu Mahmudçala ovçuluq təsərrüfatında icazəsiz ov edən şəxs saxlanılıb. Ondan 1 ov tüfəngi, 18 patron və 12 cürə quşu götürülüb.
Araşdırma zamanı brakonyerin Neftçala rayonu Qaçaqkənd kənd sakini Bəxtiyar İsmayılov olduğu məlum olub.
Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və o, 1066 manat məbləğində cərimə edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin