Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş vəzifəli şəxs “Jeep”lə ər-arvadı vuraraq öldürdü - FOTO

Keçmiş vəzifəli şəxs “Jeep”lə ər-arvadı vuraraq öldürdü - FOTO

Tarix: 22 Dekabr 2021 11:38

Bakıda sığorta sektorunun keçmiş vəzifəli şəxsi "Jeep"lə ər-arvadı vuraraq ölümünə səbəb olub.

Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, dekabrın 21-i axşam saatlarında Rövşən Əsgərov idarə etdiyi 10 DR 500 nömrəli "Jeep Grand Cherokee" markalı avtomobillə aeroport yolunda iki piyadanı vurub.

Piyadalar - 1957-ci il təvəllüdlü Zahid Kazımov və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Möhtərəm Kazımova hadisə yerində vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Rövşən Əsgərov "AzSığorta" şirkətinin filiallarla iş departamentinin müdiri olub. Daha sonra isə "Standard İnsurance" sığorta şirkətinin Korporativ satış departamentinin direktoru işləyib. Buradakı vəzifəsindən çıxarılandan sonra bizneslə məşğul olduğu bildirilir.

Əlavə edək ki, 10 DR 500 nömrəsi daha öncə bir çox lüks avtomobillərdə istifadə olunub. İnternetdə yayılan fotolarda bu nömrənin "Range Rover", "BMW 530" və "BMW X5" markalı avtommobillərə taxıldığı görünür. Həmin maşınların fotolarını təqdim edirik:


Etiketlər:  Keçmiş vəzifəli şəxs Jeeplə arvadı vuraraq öldürdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ