Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Uşaqlara qrip virusu əleyhinə peyvənd mütləq vurulmalıdır"

Tarix: 22 Dekabr 2021 23:30

Məktəblər və bağçalarda ünsiyyət mühitinin genişlənməsi ilə əlaqədar olaraq uşaqlar arasında müxtəlif virus xəstəlikləri artıb. Nəzərə almaq lazımdır ki, xəstə uşaq ətrafındakıları da qısa vaxtda yoluxduraraq virusun geniş yayılmasına səbəb olur. Belə infeksiyaların əlamətləri əsasən qızdırma, öskürək, burun axıntısı, halsızlıq və iştahasızlıqdır. Simptomlar eyni olsa da, əslində, uşaqlar fərqli virus infeksiyalara yoluxurlar. Təbii ki, uşaqlar yeni növ koronavirus (COVID-19) infeksiyasına da yoluxa bilərlər, amma indi geniş yayılmış mövsümi xəstəliklərin COVID-19-la əlaqəsi yoxdur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Erkin Rəhimov nazirliyin instaqram hesabındakı canlı yayımda çıxışı zamanı deyib.

Həkim-mütəxəssis bildirib ki, COVID-19 pandemiyası dövründə bəzi valideynlər övladlarına müxtəlif xəstəliklər əleyhinə istifadə olunan peyvəndləri vurdurmaqdan ehtiyat edirlər: "Hətta vurdurulması vacib olan peyvəndlər belə gecikdirilir. Ona görə də uşaqları bir sıra xəstəliklərə yoluxma ehtimalı artır. Valideynlərə səslənirəm ki, bütün peyvəndləri vaxtında vurdursunlar. Xüsusilə də qrip virusuna qarşı peyvənd mütləq vurdurulmalıdır. Həmin peyvəndi uşağın 6-cı ayından sonra vurdurmaq tövsiyə olunur. İlk 6 ayda körpələrdə xəstələnmə halı mütəmadi müşahidə olunmur, çünki həmin müddətdə anadan körpəyə cift yolu ilə keçən qoruyuculuq olur. Lakin 6-cı aydan başlayaraq qoruyucu funksiyalar azalır. Uşağın 6 ay-2 yaş dövründə ünsiyyət artır və xəstələnmə nisbətən daha çox baş verir. Həmin yaş dövründə uşağın ay ərzində iki dəfə xəstələnməsi normaldır. Uşaqlarda ən pik xəstələnmə göstəricisi isə onların bağça yaşı dövründə, yəni, 2-5 yaşlarında qeydə alınır. Belə olan halda, xəstələnmə tezliyinin səbəbini araşdırmaq lazımdır. Onu da qeyd edim ki, 6 yaşdan yuxarı uşaqlarda xəstələnmə tezliyi aşağı düşür".

Milli.Az


Etiketlər:  Uşaqlara qrip virusu əleyhinə peyvənd mütləq vurulmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ