Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qazaxıstan dövlət başçısı Prezidenti İlham Əliyevə telefonla zəng edib

Qazaxıstan dövlət başçısı Prezidenti İlham Əliyevə telefonla zəng edib

Tarix: 24 Dekabr 2021 13:00

Dekabrın 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Kasım-Jomart Tokayev Azərbaycan Prezidentinə yubileyi münasibətilə təbriklərini çatdırıb, ona möhkəm cansağlığı və dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Qazaxıstan Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Qazaxıstan arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə bundan sonra da inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini ifadə ediblər.

Telefon söhbəti zamanı əlaqələrimizin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az


Etiketlər:  Qazaxıstan dövlət başçısı Prezidenti İlham Əliyevə telefonla zəng edib


RƏYLƏR