Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2019 15:33
Bakı. Trend:
Təəssüflə qeyd etmək istərdik ki, bəzi xarici media resurslarında İsrail dronlarının İraq və İrana hücum edilməsi məqsədilə Azərbaycana gətirilməsi ilə bağlı tamamilə əsassız məlumatlar tirajlanmağa davam edir.
Bunu Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.
L.Abdullayeva qeyd edib: "Biz bu məlumatı qətiyyətlə rədd edirik, bu məlumatların heç bir əsası yoxdur və dezinformasiya məqsədi daşıyır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin