Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2021 23:32
Yaponiyada həm asfaltda, həm də relsdə hərəkət edə bilən dünyanın ilk ictimai nəqliyyat vasitəsi istifadəyə verilir.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, avtomobil cəmi 15 saniyəyə avtobusdan qatara çevrilə bilir.
Bildirilir ki, birinci mərhələdə üç avtomobil istifadəyə veriləcək.
İkili təyinatlı avtomobil asfaltda olarkən rezin təkərlərlə hərəkət edir. Transfer stansiyasına çatdıqda, polad təkərlər avtomobilin altından relslərə enir.
Avtobus 21 sərnişin tutumuna malikdir. Həmçinin, dəmir yolunda saatda 60 kilometr, quruda isə saatda 100 kilometr sürətə çata bilir.
İkili təyinatlı avtomobilə xüsusilə əhalinin qocaldığı kənd yerlərində üstünlük verilməsi planlaşdırılır.
Bundan əlavə, təbii fəlakətlərdə dəmir yolu xətlərinin yararsız hala düşdüyü halda ikili təyinatlı nəqliyyat vasitələrinin istifadə edilməsi nəzərdə tutulur.