Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2021 13:10
Keçmiş "Hepsi" qrupunun solisti Gülçin Ergül 12 gün əvvəl avtomobil qəzasında dünyasını dəyişən sevgilisi Erdal Lafçıdan yazıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, o, mərhum sevgilisi ilə fotolarını paylaşıb. Ergül acısını belə dilə gətirib:
"Çox darıxdım. Yanağının yumşaqlığını hiss edərək öpməyi, içi gülən gözlərinə yaxınlaşıb yaxından baxmağı, məni həyata bağlayan dünyanın ən gözəl gülüşünün içimi aydınlatmağını, həyat dolu enerjinlə və sevgi dolu səsinlə məni çağırmağını, hara gedirsən get azca ayrı qala bilməyib ətrafında pərvanən olmağı, həyatımın mənasını yanımda görə bilməyi, qucaqlamağı, sənə çatmağı, sən yığanda sənin səsin tonunla gələn məzəli zəngi eşitməyi, hər mahnı oxuyanda mənə canla-başla qulaq asdığını görməyi.
Bu həsrət dolu siyahı bitməz. "Biz birlikdə çox yaxşıyıq" deyirdin. Eynən sən mənə paylaşdığımız bu zamanda təkrar həyat dolu olmağı, xəyal etməyi öyrətdin. Tək olmadığımı hiss etdirdin. Özümə yenidən inanmağı öyrətdin, mənə ən böyük xoşbəxtliyi, sevgimizi yaşatdın. Sonsuza qədər də davam edəcək. Mən sənin üçün buludlardan uzağa çatan mahnılar oxuyacağam, sözlərimi tutmaq üçün var gücümlə çalışacağam. Səni üzməyəcək, gözümü arxada qoymayacağam. Səni hər daim hədsiz sevəcəm".