Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ateroskleroza son qoyan möcüzə: Təbii dərman yemişan

Ateroskleroza son qoyan möcüzə: Təbii dərman yemişan

Tarix: 25 Dekabr 2021 21:27

Yemişan Avropa, Şimali Amerika və Asiyada yayılmış meyvədir və yüzlərlə növü var. Çox zəngin qida dəyərlərinə malik olmaqla yanaşı, kəskin dadı və bir qədər şirin ətri var. Sarıdan tünd qırmızıya qədər dəyişən bu meyvənin sirkəsi bir çox dərdlərə şəfa verir.

Sonxeber.net aztibb.az-a istinadən bildirir ki, yemişan bitkilərdə ən təsirli antioksidant birləşmələrdən biri olan polifonellə çox zəngindir. Antioksidantlar isə bədəndə xərçəngdən damar xəstəliklərinə qədər böyük zərərə səbəb olan sərbəst radikallarla mübarizədə əhəmiyyətlidir.

Hüceyrələrə hücum edərək strukturlarını pozan molekullar olan sərbəst radikalların artması havanın çirklənməsi və siqaret kimi ekoloji faktorlar, həmçinin zərərli qidalar səbəbindən baş verə bilər. Bu maddələrin yaratdığı pozğunluqlar xərçəng növləri, diabet, astma və ürək-damar xəstəliklərinə səbəb yaradır.

Yemişan isə tərkibindəki polifenollar sayəsində bütün sərbəst radikalların yaratdığı problemi aradan qaldıra bilir.

Ənənəvi Çin təbabətində min illərdir ki, yemişan yüksək təzyiqi müalicə etmək üçün ən çox istifadə edilən qidalardan biridir. Tədqiqatlar göstərir ki, yemişan qan damarlarını rahatlaşdıra və bununla da qan təzyiqini aşağı sala bilər.

10 həftəlik bir araşdırma, yüngül dərəcədə yüksək qan təzyiqi olan 36 fərqli insanda yemişan istehlakının təsirlərini ortaya çıxarıb. Bu araşdırmanın sonunda məlum olub ki, gündə 500 mq yemişan ekstraktı qəbul edənlərin yüksək təzyiqi aşağı düşüb.

Digər bir araşdırmada tədqiqatçılar 16 həftə ərzində hər gün 2-ci tip şəkərli diabet və yüksək qan təzyiqi olan 79 nəfərə yemişan ekstraktı tətbiq ediblər və qan təzyiqində yaxşılaşma müşahidə edilib. Beləliklə, yemişanın qan təzyiqini tənzimləyərək xroniki təzyiq pozğunluğundan qoruduğu və təzyiqi, ateroskleroz xəstəliyi olanlara uzunmüddətli müsbət təsir göstərdiyi sübut olunub.

Yemişan sirkəsini necə istehlak etmək olar? Bir stəkan suya bir çay qaşığı yemişan sirkəsi əlavə etmək kifayətdir. Gündə iki dəfə istehlak edilməli olan bu qarışığı səhər və axşam içmək lazımdır. Ən az 8 saat ara verilməsi tövsiyə edilir.


Etiketlər:  Ateroskleroza qoyan möcüzə Təbii dərman yemişan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ