Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2021 04:34
Keçmiş Hepsi qrupunun solistləri onlardan ayrılan Gülçin Ergülün qəzada segilisini itirməsi ilə bağlı paylaşım etməyib. Buna görə Yasemin Yürük, Eren Bakıcı və Cemre Kemer tənqid olunub.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, Cemre bütün iradlara cavab verib. İfaçı onları vəfasız adlandıran sosial şəbəkə istifadəçilərindən danışıb və bunları söyləyib:
"Siz bir yaxınınız öləndə instaqramdan başsağlığı verirsiniz? Elə də etsən, o zaman "sosial şəbəkədən başsağlığı verməkmi olar?" deyəcəklərdi. Gülçinlə görüşdük. Yüngül xəsarət almışdı. Lakin önəmli olan indi ürəyidir. Danışdıq, yanında olduğumuzu söylədik".
Qeyd edək ki, bir müddət öncə sevgilisi Erdal Şeyda Lafçı ilə birlikdə Balıkesirdə qəzaya düşüb. Qəza nəticəsində müğənninin sevgilisi dünyasını dəyişib.