Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

45 yaşdan Alsgeymer başlaya bilər - Bu müayinələrdən keçməlisiz

45 yaşdan Alsgeymer başlaya bilər - Bu müayinələrdən keçməlisiz

Tarix: 26 Dekabr 2021 22:12

65 yaşdan yuxarı şəxslərdə müşahidə edilən Alzheimer xəstəliyi beynin yaddaş, öyrənmə və planlaşdırma kimi zehni funksiyalara təsir edir.

Sonxeber.net bildirir ki, Alzheimer xəstəliyinin gizli şəkildə irəliləyir. Xəstələr adətən bizə gec, unutqanlıq başladığı zaman müraciət edirlər. Yeni şeylər öyrənməkdə, bir şeyə ad verməkdə, istiqamət və ünvan tapmaqda çətinlik çəkirlər. Təəssüf ki, bu mərhələdə xəstəlik irəliləməyə başlayır.

"Yüngül idrak pozğunluğu" olaraq təyin etdiyimiz ilk mərhələdə Alzheimer xəstələri üzərində edilən skanlarda patoloji hal beyində əslində 20 il əvvəl başlamış olur. Yəni xəstə bizə 65 yaşında şikayətlərlə gəlirsə, əslində 45 yaşından bəri başlayan problemlər mövcuddur.

Bu səbəblə risk qrupunda olan şəxslərin mütəmadi olaraq müayinədən keçməsi vacibdir.

Kolonoskopiya 50 yaşdan yuxarı bütün şəxslərə tövsiyə edildiyi kimi, ailəsində Alzheimer xəstəliyi olan, unutqanlıqdan şübhələnən və xəstəlik üçün risk faktorları olan 45 yaşdan yuxarı insanlara da koqnoskopiya keçirməyi tövsiyə edirik.

Koqnoskopiya metodu qan testləri, genetik və koqnitiv qiymətləndirmələr və daralan beyin sahələrinin müəyyən edilməsi üçün maqnit rezonans görüntüsüdür.

Hipertoniya, şəkərli diabet, piylənmə, insulin müqaviməti kimi ürək-damar xəstəlikləri olanların, siqaret çəkənlərin, yəni risk faktorları daşıyanların 45 yaşından başlayaraq, vaxtaşırı olaraq bu müayinədən keçməsi erkən diaqnoz üçün çox vacibdir. /medicina.az


Etiketlər:  yaşdan Alsgeymer başlaya bilər müayinələrdən keçməlisiz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ