Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Vışeqrad dördlüyü” ölkələrində distant iş hələ də aktualdır

“Vışeqrad dördlüyü” ölkələrində distant iş hələ də aktualdır

Tarix: 28 Dekabr 2021 21:20

Avropa İttifaqına daxil olan ölkələrin əksəriyyəti koronavirus pandemiyası dövründə karantinin və ümumi lokdaunun nəticələrini hiss ediblər. Bu vəziyyət həmin dövlətlərdə hələ uzun müddət hiss olunacaq.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Vışeqrad qrupu ölkələrində əməkdaşların yarısından çoxu onlayn rejimdə evdə işləməkdə davam edir, kollektivlə əlaqə saxlamaq üçün hibrid modeldən istifadə edirlər.

Məsələn, Macarıstanda əməkdaşların 44 faizi, Çexiyada isə 47 faizi ofisə qayıtmayıb. Macarıstanda işçilərin 33 faizindən çoxu distant iş formasına keçməzdən əvvəl İT-dəstək və kibertəhlükəsizliyin əsasları sahəsində treninq keçməyib. İşçilərinin sayı 200-dən çox olan şirkətlərin sistem administratorları VPN-şifrlərdən istifadə edilməklə korporativ elektron informasiya daşıyıcılarının qorunması qeydinə qalmağı məsləhət görürlər. Bu, əsasən serverlərə və elektron poçtlara aiddir. Lakin COVID-un əvvəlki dalğaları dövründə distant rejimdə işləmiş əməkdaşların digər yarısı öz iş kabinetlərinə qayıdıb. Çexiyada və Polşada həmin rəqəmlər, müvafiq surətdə, 53 faizə və 56 faizə bərabərdir.


Etiketlər:  Vışeqrad dördlüyü ölkələrində distant hələ aktualdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ