Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2021 22:12
"İlin sonuna qədər ayrı-ayrı məktəbləri çıxmaq şərtilə, əyani tədrisi davam etdirdik. O məktəblərdə buna ehtiyac yarandı. O məktəblərin sayı heç yüzə çatmayıb".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev AZTV-yə müsahibəsində deyib.
"4400 məktəbdən 70-80 məktəbi iki həftəlik bağlamalı olmuşuq. Nəzərə alsaq ki, Azərbaycanda 4450-yə yaxın məktəb fəaliyyət göstərir, bu qədər müəssisədə ənənəvi təhsilin təşkil edilməsi uğurlu nəticə hesab olunmalıdır", - E.Əmrullayev qeyd edib.