Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2021 11:24
Vətən müharibəsindən sonra Qarabağın tamamilə yenidən qurulması üçün Prezident İlham Əliyevin elan etdiyi ağıllı şəhər konsepsiyasına qoşulmaq, ortaya qoyduğu iradəyə, məqsədə dəstək olmaq üçün enerjimizlə, bilgimizlə, bütün imkanlarımızla töhfə vermək istəyirik.
Sonxeber.net xəbər verir ki, bunu "Xalq" qəzetinə müsahibəsində Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgün deyib.
O qeyd edib ki, yenidənqurmada ASELSAN-ın yaratdığı bir çox sistem var. Bu istiqamətdə Türkiyədə qurduğumuz və tətbiq etdiyimiz bir sıra layihələr var.
"ASELSAN nəqliyyatdan başlayaraq sağlıq, ödəniş sisteminə qədər bütün istiqamətlərdə şəhərin mənalı şəkildə idarəsində istifadə edilə biləcək data və netvork əsaslı proqramları həm yazır, həm də layihələndirir. Vətən müharibəsindən sonra Qarabağın tamamilə yenidən qurulması üçün Prezident İlham Əliyevin elan etdiyi ağıllı şəhər konsepsiyasına qoşulmaq, ortaya qoyduğu iradəyə, məqsədə dəstək olmaq üçün enerjimizlə, bilgimizlə, bütün imkanlarımızla töhfə vermək istəyirik. Biz bu şəhərlərin layihələndirilməsində, dizayn olunmasında məsuliyyət götürərək dəstək vermək arzusundayıq. Bu istiqamətdə bilik və təcrübəmizi bölüşmək üçün aidiyyəti qurumlarla görüşlər keçiririk. Oktyabr ayında iştirak etdiyimiz "Qarabağı yenidən qur 2021" yarmarkası bizim burada əməkdaşlığımızı gücləndirmək baxımından əhəmiyyətli idi. Bütün aidiyyəti dövlət qurumları və şirkətləri ilə çoxlu görüşlər keçirmək imkanımız oldu. Yaxın vaxtlarda bu sahədə fəaliyyətimizi sürətləndirməyi planlaşdırırıq. ASELSAN olaraq bu istiqamətdə Azərbaycanla hər cür əməkdaşlığa hazırıq", - deyə o bildirib