Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2021 15:24
Həm bakalavr, həm də magistrlar üçün semestr imtahanları başlayır. Bəzi tələbələr isə koronavirusa yoluxduğundan imtahanlarda iştirak edə bilməyəcəklər.
Sonxeber.net xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Xəzər Xəbər"ə bildirib ki, narahatlığa heç bir əsas yoxdur. Çünki həmin tələbələrə şərait yaradılacaq.
Cəsarət Valehov deyib ki, əgər tələbə üzrsüz səbəbdən imtahanda iştirak edə bilməzsə, buna görə də başqa bir qayda mövcuddur.
Qeyd edək ki, yanvarın əvvəllərindən ali və orta ixtisas təhsili müəssisələrində semestr imtahanlarına başlanır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: