Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hansı qidalar insanı depressiyaya salır - Əhvalı qaldırmaq üçün nə yeməli?

Hansı qidalar insanı depressiyaya salır - Əhvalı qaldırmaq üçün nə yeməli?

Tarix: 29 Dekabr 2021 23:03

Hər gün asan həzm olunan karbohidratlı qidalar yemək insanda piylənmə, diabet və depressiya, psixi problemlər, əhval-ruhiyyənin pisləşməsinə səbəb ola bilər.

Sonxeber.net xəbər verir ki, alimlər bu siyahıya un məmulatları, çörək, şirniyyatları daxil edib.

Nəyə görə çörək, un məmulatı depressiyaya səbəb olur?

Dietoloq Anastasiya Tarasko bildirib ki, tez mənimsənilən karbohidratlar yeyiləndən dərhal sonra qana keçir, eləcə də sürətlə orqanizmdən çıxarılır. Bu da əhval-ruhiyyənin dəyişməsinə səbəb ola bilər.

Depressiyadan çıxmaq üçün menyunu triptofanla zəngin ərzaqlarla tərtib edin.

Eləcə də çox yağlı qidalar, yağlı ət, yarımfabrikatlar, kolbasa, sosis həzm sistemində problemlər və depressiya yarada bilir.

Heyvani yağlarda olan xolesterin depressiv əhvalı 40% artırır.

Əsəbləri düzəltmək, depressiya və təşviş əleyhinə aşırı yeməkdən, toxluqdan qaçmalı, Aralıq dənizi dietasına əməl etməlidir.

Elmi tədqiqatlar sübut edib ki, bu dieta, az yemək və idmanla xroniki depressiyada olan insanların vəziyyəti xeyli yaxşılaşıb.

Bəs hansı qidaları yemək lazımdır:

- Payız xurması - narıncı rəngdə olan. Əgər sarı rəng təşviş rəngi hesab olunursa, narıncı əksinə depressiyaya qarşıdır. Ona görə kök, balqabaq, portağal, xurma yemək lazımdır.

Bu rəngdə ərzaqlarda maqniy çoxdur. O da stresə qarşıdır.

- Yeyilən təbii göbələklər- bu qidada çox miqdarda B12 vitamini, antioksidantlar, amin turşuları var.

- Tünd, qara şokolad

- Yağlı balıq

- Yumurta sarısı

- Avokado

- Badam

- Bütün çərəzlər

Triptofanla zəngin olduğu üçün serotonin hasilini artırır. Bunları hər gün qəbul etdikdə yuxu normallaşır, insan şən əhvalda olur. /medicina.az


Etiketlər:  Hansı qidalar insanı depressiyaya salır Əhvalı qaldırmaq üçün yeməli


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ