Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bayram günlərində belə qidalanın

Bayram günlərində belə qidalanın

Tarix: 29 Dekabr 2021 23:27

"Yeni ildə əksər insanlar bayram süfrəsindəki bütün yeməklərdən dadmağa özlərinə icazə verirlər. Düşünürlər ki, bayram günü hər bir şey yemək olar. Yeməkləri, salatları yeyib qarışdırırlar, üstündən qazlı və spirtli içkilər içirlər, sonra da masaya şirniyyatlar və meyvələr gətirilir. Bu zaman nə baş verir? Həm insanlarda diskomfort və köp yaranır, həm də səhəri gün tərəziyə çıxdıqda görürlər ki, 3 kq çəki alıblar. Birinci məsləhətim odur ki, ayın 31-1-i səhər acqarına tərəziyə çıxsınlar, ilk növbədə çəkilərini ölçsünlər. Ən azından bu, onlar üçün bir bilgi olar, bilsinlər ki, sadəcə 1 günlük qeyri-sağlam qidalanma insanın nə qədər kökəlməsinə səbəb olur".

Sonxeber.net xəbər verir ki, bu sözləri tanınmış həkim-diyetoloq Şəfa Yadigarova deyib.

Onun sözlərinə görə, bayram süfrəsinə münasibət sağlamlıqda mühüm rol oynayır:

"Orqanizmi axşam saat 12-dən sonra yükləmək olmaz. Saat 18:00-19:00-da yüngül salatlardan başlayın. Axşamlar çoxu tez doyum və enerji hissi verən sadə karbohidratlarla başlayır, bunlar da birbaşa yağların toplanması ilə nəticələnir. Daim ac qalanda metabolizmin fəaliyyəti zəifləyir. Axşam sağlam və ya qeyri-sağlam yemək yeməyimizdən asılı olmayaraq, təbii ki, fizioloji olaraq ağırlıq yaradır. Əsasən də qarın, yan və çanaq hissədə piylənməyə səbəb olur.

İkincisi, şirniyyatlar, tortlar və ya meyvəli salatları bayram gününün səhəri yesəniz, daha yaxşı olar. Bunları dekabrın 31-i yağlı yeməklərdən sonra yeməmək məsləhətdir. Bu zaman köp və qaz yaranır ki, bu da insanı ağırlaşdırır, qəbizlik və ya çəki artımına da səbəb ola bilər. Ayın 1-dən sağlam qidalanmaya keçin, 2-si isə artıq normal həyat tərzinə qayıdın. Ardıcıl olaraq 4-5 gün bayram yeməkləri hazırlayıb yesəniz, nəinki 2 kq, 5-6 kq kökələ bilərsiniz. Daha sonra bu çəkini atmaq da çətin olacaq".

Diyetoloq salatları sağlam qidalarla birlikdə yeməyi tövsiyə edir:

"31 dekabr bayram süfrəsindən sonra sevdiyiniz musiqi qoyun və ya televiziyaların hazırladığı konsert proqramlarını rəqs edərək izləyin. Beləcə həm bayramı pozitiv enerji ilə qarşılayacaq, həm də artıq kaloriləri yandıracaqsınız.

Üçüncü odur ki, yeməkdən ən az yarım, ya da 1 saat əvvəl bol su için. Yanvarın 1-də də günə su içməklə başlayın. Su doyum hissi verdiyi üçün daha çox yemək istəyinin qarşısını alır". (publika.az)


Etiketlər:  Bayram günlərində belə qidalanın


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ