Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2022-ci il üçün gözlənilən smartfonun “portreti” hazırlandı - FOTO

2022-ci il üçün gözlənilən smartfonun “portreti” hazırlandı - FOTO

Tarix: 30 Dekabr 2021 17:20

"Android Authority" nəşri istifadəçilərin istəklərinə əsaslanaraq, müasir smartfonlarla bağlı əsas şikayətləri və 2022-ci ildə cihazlarda görmək istənilən funksiyaları sadalayıblar.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, mütəxəssislər ilk növbədə sistem yeniləmələrinə diqqət yönəldərək, gələcəyin smartfonlarından daha uzunmüddətli yeniləmə dəstəyi gözlədiklərini bildiriblər.

"Biz istəyirik ki, brendlər köhnə top modelləri yeniləməkdə daha fəal olsunlar", - deyə ismarışda bildirilir.

Jurnalistlər həmçinin telefon alarkən istehlakçıya şarj qurğusu seçiminin verilməsini təklif ediblər.

"Daha çox şirkət mülkiyyət standartlarından əl çəksə, əla olardı", -deyə müəlliflər vurğulayırlar. Onların fikrincə ideal smartfon istənilən aksesuarla sürətli şarjı dəstəkləməlidir.

Jurnalistlər istifadəçilərə seçim imkanı vermək üçün 2022-ci ildə daha çox brendin qatlana bilən smartfonlar buraxmasını gözləyirlər.

Bundan başqa qadcet istehsalçılarından iki meqapiksellik kameralardan imtina xahiş edilib.


Etiketlər:  2022 üçün gözlənilən smartfonun portreti hazırlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ