Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Unutqanlığın səbəbi: bu qidalar sizə kömək edə bilər

Unutqanlığın səbəbi: bu qidalar sizə kömək edə bilər

Tarix: 31 Dekabr 2021 13:18

Oturaq, antisosal həyat və iş gərginliyi psixoloji və nevroloji problemlərə səbəb ola bilər.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, insanın həyatına mənfi təsir göstərən unutqanlıq bir xəstəlik olaraq təyin olunur və bunun bir çox səbəbləri var.

Unutqanlıq xəstəliyinin səbəbləri arasında mərkəzi sinir sistemini sıradan çıxaran bəzi xəstəliklər (məsələn, Parkinson xəstəliyi), kəllə-beyin travması, stress, depressiya, narahatlıq pozğunluqları kimi psixoloji amillər, texnoloji cihazlarla həddindən artıq məşğul olmaq, nizamsız qidalanma, B12 və D vitaminlərinin çatışmazlığı, tiroid hormon pozğunluqları, xroniki xəstəliklər, yuxu pozğunluğu, alkoqol və narkotik istifadəsi və s. var.

Qırmızı ət, omeqa-3 yağ turşuları ilə zəngin balıq, fındıq və qoz, göyərti və qara şokolad, pomidor, ispanaq, darçın və nar bu problemi aradan qaldırmağa kömək edən qidalar arasındadır.


Etiketlər:  Unutqanlığın səbəbi qidalar sizə kömək edə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ