Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2021 14:21
"Son günlər uşaqlar arasında bilinməyən, təhlükəli virus yayılıb" deyilən xəstəlik əslində illərdir bildiyimiz, hər il bu mövsümdə rast gəlinən, adi qrip - İnfluenza virusunun A və ya B ştamıdır.
Sonxeber.net xəbər verir ki, həkim-pediatr Günay Rəsulova bu barədə məlumat verib.
Həkim bildirib ki, təkcə bir gün ərzində bu virus 6-7 uşaqda pozitiv çıxıb. Virusun əlamətlərinə günlərlə davam edən yüksək qızdırma, quru, qıcıqlandırıcı bezdirici öskürək, boğaz ağrısı və burun axıntısı daxildir:
"Bu xəstəlik ən çox məktəb və bağçalarda Yeni il şənliklərindən sonra artdı. İstər influenza, istərsə də digər mövsümi viruslardan qorunmaq üçün uşaqları bu ərəfələrdə toplum içinə, çox adam olan yerlərə çıxarmamaq tövsiyə olunur". /medicina.az