Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarın yağları yandırmağın üç yolu

Qarın yağları yandırmağın üç yolu

Tarix: 31 Dekabr 2021 20:15

Britaniyalı dietoloq Maykl Mosley qarın yağını yandırmağın ən təsirli üç yolunu açıqlayıb.

Sonxeber.net xarici mətbuata istinadən yazır ki, dietoloqun sözlərinə görə, qarın yağının haradan gəldiyini anlamaq üçün insulinin necə işlədiyini başa düşmək lazımdır. O izah edib ki, qanda şəkərin səviyyəsini sabit saxlamaq üçün yeməkdən sonra orqanizm insulin hormonu istehsal edir. Hormon həm də karbohidrat mübadiləsini tənzimləyir, zülal və karbohidrat mübadiləsində iştirak edir. Ancaq yaşlandıqca insulin istehsalı pozula bilər və bu, çəki artımına və qarın nahiyəsində piylərin əmələ gəlməsinə səbəb ola bilər.

Artıq qarın piyindən xilas olmaq üçün dietoloq şəkər və sadə karbohidrat qəbulunu azaltmağı, fasiləli oruc tutmağı və yüksək intensivlikli məşqlər etməyi məsləhət görüb. Mosley tərkibində beş faizdən çox olmayan şəkərli qida və içkilər seçməyi tövsiyə edib.

Həkim fasiləli orucun maddələr mübadiləsini sürətləndirməyə kömək edəcəyini izah edib.

"Təkcə məşq qarın ortasında inadkar piyləri əritməyə kömək etməsə də, yenidən piylənmə riskinin azaldılmasında, həmçinin qanda şəkərin aşağı salınmasında və insulinə həssaslığın yaxşılaşdırılmasında mühüm rol oynaya bilər". (publika.az)


Etiketlər:  Qarın yağları yandırmağın üç yolu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ