Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2021 20:24
Kosmetik məhsulların tərkibində spirt olması mübahisəli məsələdir. Buna görə də çoxları tərkibində spirt olan məhsullardan imtina etməyə çalışır. Əgər etil spirtdən söhbət gedirsə, bu, kifayət qədər doğru bir qərardır. Yağlı dərilər üçün olan məhsulların tərkibində tez-tez etil spirtinə rast gəlmək olar. Lakin spirtli kosmetikalardan qəti sürətdə imtina etmək də olmaz. Spirt növləri həddən artıq çoxdur, onlardan bəziləri nəinki dəriyə ziyan verir, az da olsa faydalı ola bilər.
Sonxeber.net oxucuları spirtlərin kosmetik məhsullarda rolu ilə tanış edir.
Zərərli spirtlərdən başlayaq. Kosmetikada etanol çox rast gəlinir. Etil spirti yağlı dəriyə qulluq vasitələrinə əlavə olunur, çünki artıq sebumu dərhal həll edir və iltihabı qurudur. Bununla birlikdə, etanol dərini çox qıcıqlandırır: səthindəki nəmi sözün həqiqi mənasında buxarlandırır, dartılma və quruluq hissi yaradır, nəticədə təbii qoruyucu baryeri məhv edir. Bundan sonra dəri daha da yağlanır, məsamələr genişlənir və yeni iltihablar əmələ gəlir. Digər sadə spirtlər - izopropil və denatürlü spirtlər də eyni xüsusiyyətlərə malikdir. Bu maddələrdən bütün dəri tiplərinin sahibləri çəkinməlidir, çünki zərərdən başqa heç nə verməyəcəklər. Etanolun ən az 70% konsentrasiyasında olduğu yeganə məhsullar əl antiseptikləridir.
Yağlı spirtlər deyilən maddələr var ki, klassik mənada spirtə bənzəmirlər: qatı, mumlu və xarakterik kəskin qoxuya malik deyillər. Yağlı spirtlər kosmetika istehsalçıları tərəfindən bir neçə səbəbdən qiymətləndirilir: məhsullara viskoz, xoş konsentrasiya verir və formulu sabitləşdirir, aktiv maddələrin faydalı xüsusiyyətlərini saxlamağa imkan verir. Bundan əlavə, yağlı spirtlər okklüziv maddələrdir, yəni dərinin səthində nəm saxlamağa kömək edir, buxarlanmasının qarşısını alır.
Yağlı spirtlərə behenil spirti, kapril spirti, setearil spirti, setil spirti, desil spirti, lauril spirti daxildir. Bu maddələrdən ibarət olan kosmetikalar yumşaq və nəmləndirici olduğu üçün bütün dəri tiplərində istifadə edilə bilər. Ancaq hər bir dərinin kosmetik məhsullara fərqli reaksiya verdiyini xatırlamağa dəyər. İlk dəfə yağlı spirtli kosmetika istifadə edirsinizsə, əvvəlcə dərinin kiçik bir hissəsinə tətbiq edin və heç bir reaksiya yoxdursa, məhsulu təhlükəsiz istifadə edə bilərsiniz. (publika.az)