Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2021 22:00
Burun tutulması zamanı davamlı ağız ilə nəfəs alıb-vermək məcburiyyəti yarandığından, bu, tez-tez təkrarlanan boğaz infeksiyaları və faringitə səbəb ola bilər.
Xoruldama və yuxu pozğunluğu, o cümlədən yuxuda nəfəs dayanması və bunun nəticəsində təzyiq və ürəkdə ritm pozğunluğu ola bilər.
Sonxeber.net xəbər verir ki, bu barədə LOR həkim Cavid İsmayılov bildirib.
"Əgər xəstədə ağciyər, astma və ürək problemləri varsa, burun tutulması bu problemlərin ağırlaşmasına da gətirib çıxarır.
Bundan başqa, qeyd olunan hal səhərlər ağız quruluğu yaradır. Hətta cinsi funksyonal pozğunluqlara, psixoloji olaraq xəstədə əsəbilik və depresiyaya səbəb ola bilir.
İybilmə azalır, səs keyfiyyətində pozğunluq, burunda danışma olur.
Burun tutulması xroniki yorğunluq, səbəbi olmayan yorğunluq, həmçinin miqren xəstəliyinin yaranmasına da təkan verir, baş ağrılarına səbəb olur". /medicina.az