Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2019 15:48
“Fiorentina”nın yeni transferi Frank Riberinin Florensiyada keçirdiyi ilk mətbuat konfransı böyük marağa səbəb olub.
Qol.az-ın xəbərinə görə, diqqətlər futbolçunun tərüməçisi Alesiya Enrikesə də yönəlib. Daha doğrusu, canlı yayımla efirə gedən tədbirdən sonra tərçüməçi xanım futbolçunun özündən daha çox müzakirə edilib.
Daha sonra “La Gazzetta dello Sport” məlumat yayıb ki, Enrikeslə bağlı kiçik xəbər qəzetin saytında günün ən çox oxunan xəbəri olub.
Enrikes A seriyası və Liqa 1-də bəzi klublar – “Sassuolo”, “Latsio”, “Atalanta”, “Marsel”də də işləyib, Buffon, Balotelli kimi futbolçulara tərcüməçilik edib.