Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Amazon 1,13 milyard avro cərimələndi

Amazon 1,13 milyard avro cərimələndi

Tarix: 1 Yanvar 2022 19:28

İtaliyanın antimonopoliya xidməti ABŞ-ın Amazon şirkətini 1.13 milyard avro dəyərində cərimələyib. Səbəb isə Amazon-un bazardakı vəziyyətindən sui-istifadə etməsi olub. Antimonopoliya xidməti tərəfindən təqdim edilmiş məlumata əsasən Amazon şirkəti İtaliya bazarında tam hegemonluq mövqeyinə sahibdir və şirkət bundan istifadə edərək özünün Fulfillment by Amazon (FBA) adlı servisini İtaliyada irəli çəkir. Antimonopoliya xidmətinin fikrinə əsasən digər şirkətlərin Amazon platformasında bəzi üstünlükləri əldə etmələri üçün şirkət onları FBA servisindən istifadəyə məcbur edir.

Digər şirkətlərin əldə etdikləri üstünlüklər dedikdə onların Prime proqramında, müxtəlif endirim və digər kampaniyalarda iştirak etmələri imkanından söhbət gedir. Bu üsul ilə Amazon kənar satıcıların FBA servisi ilə idarə olunmayan təkliflərin Prime proqramı ilə əlaqələndirmələrinə imkan vermir. Antimonopoliya xidməti düşünür ki, bu funksiya satıcının Amazon platformasında uğur qazanmasına yardımçı olan həlledici faktor rolunu oynayır. Məlumatda qeyd edilib ki, Amazon FBA servisindən istifadə etməyən satıcılara daha sərt davranır.

Bundan əlavə olaraq təyin edilib ki, Amazon şirkətinin logistik xidmətlərindən istifadə edən satıcılara fərdi məhsulların digər platformalarda təklif edilməsi məsləhət görülmür. Antimonopoliya xidməti təyin edilmiş cərimənin miqdarına aydınlıq gətirən zaman qeyd edib ki, Amazon-un bu cür qərarları xüsusilə ciddi səviyyədə qəbul edilib. Bundan əlavə olaraq şirkətin bu cür siyasətinin potensial nəticələri də nəzərə alınıb. Təyin edilmiş cərimədən əlavə olaraq antimonopoliya xidməti Amazon-dan tələb edir ki, o, FBA servisindən istifadə edənlər və etməyənlər üçün eyni şərtləri yaratsın.

Milli.Az


Etiketlər:  Amazon 113 milyard avro cərimələndi


RƏYLƏR