Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2022 17:56
Somalinin baş naziri Məhəmməd Hüseyn Roble dövlət çevrilişinə cəhdi araşdırmaq üçün nazirlər komitəsi yaradıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Somali Guardian" portalı məlumat yayıb.
Somali prezidenti dekabrın 27-də korrupsiya işinə baxılanadək baş nazir Roblenin səlahiyyətlərinin dayandırılması haqqında fərman verib. Dövlət başçısının fərmanının dərcindən bir neçə saat sonra baş nazirin kabineti xüsusi təyinatlılar tərəfindən zəbt edilib.
Bu hadisələri dərhal xalqa müraciət edən baş nazir Somalidə federal hökuməti devirməyə, konstitusiyanın və mövcud qanunların ləğvinə cəhd edildiyini bildirib. Roble vurğulayıb ki, Somali prezidenti Məhəmmədin hərəkətləri səlahiyyət müddəti başa çatdıqdan sonra dövlət başçısı postunda qalmaq məqsədi daşıyır. O, Məhəmmədi dərhal dövlət başçısı vəzifəsini tərk etməyə və qarşıdan gələn seçkilərdə yenidən seçilməyə çağırıb.
Baş nazir, həmçinin orduya və təhlükəsizlik xidmətlərinə bundan sonra prezident Məhəmmədə deyil, yalnız onun əmrlərini yerinə yetirməyi əmr edib.