Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2022 22:30
Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə sənədlərin və nümunə kimi əşyaların götürülməsinə yol verilir. Sənədlərin vergiödəyicisi tərəfindən təsdiq olunmuş surətləri götürülür.
Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında protokolun surəti sənədləri və əşyaları götürülən şəxsə verilir. Bu barədə protokolda qeyd edilərək sənədləri və əşyaları götürülən şəxsin imzası ilə təsdiqlənir.