Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan neftinin qiyməti 82 dolları ötüb

Azərbaycan neftinin qiyməti 82 dolları ötüb

Tarix: 5 Yanvar 2022 17:24

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 4-də 82,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,94 dollar/barel çoxdur.

Bu barədə Sonxeber.net-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 81,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,02 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 76,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,99 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 78,99 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,97 dollar/barel çoxdur.


Etiketlər:  Azərbaycan neftinin qiyməti dolları ötüb


RƏYLƏR