Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2022 22:42
Etirazçılar Qazaxıstanın Almatı şəhər hava limanına daxil olublar.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. "Etirazçılar sərnişinləri terminaldan qovdular. Dedilər ki, onlara toxunmayacaqlar", - deyə hava limanı əməkdaşı sayta açıqlamasında bildirib.
Mənbənin sözlərinə görə, hava limanı mərkəzi girişdən "sakit və dinc şəkildə tutulub", işçilər buraxılıb, başqa növbəyə icazə verilib.