Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şuşa ilinin prioritetləri - VİDEO

Şuşa ilinin prioritetləri - VİDEO

Tarix: 6 Yanvar 2022 19:24

2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında prezident İlham Əliyevin sərəncamı Azərbaycanın mədəniyyət paytaxtının dünyada tanıdılması baxımından önəmli olmaqla bərabər, həm də siyasi, tarixi və hüquqi əhəmiyyətə malikdir.

Əlbəttə ki, bu qərarın verilməsi heç də birmənalı deyil. Nəzərə alsaq ki, Şuşanın təsis olunmasının 270 illiyidir, o zaman bu, olduqca əlamətdar hadisəyə təsadüf edir.

Digər tərəfdən, 2022-ci ilin "Şuşa İli" elan edilməsiylə bir neçə strateji hədəfə çatmaq planlaşdırılıb ki, onlardan ən birincisi də Qarabağın tarixini dünya ictimaiyyətinə yeni çalarlarla çatdırmaqdır.

İşğaldan azad edilən torpaqlarımızın minalardan tam təmizlənməməsinə, quruculuq işlərinin isə yekunlaşmamasına baxmayaraq, ötən il Şuşada müxtəlif əhəmiyyətli tədbirlər keçirildi ki, bu da öz növbəsində dünyada ictimaiyyətinə həqiqətlərin çatdırılmasına yönəlmişdi. Həmin tədbirlərin məntiqi davamı olaraq isə cari il ərzində əsas diqqət və resurslar ölkəmizin mədəniyyət paytaxtı olan Şuşanın bərpasına və yenidən qurulmasına yönəldiləcək. Sözsüz ki, bu da öz növbəsində bölgəyə qayıdışı sürətləndirməyə hədəflənib.

Mahiyyət etibarilə, 2022-ci ilin "Şuşa İli" elan edilməsi Vətən müharibəsində qazandığımız tarixi qələbəni iqtisadi, siyasi və diplomatiya müstəvisində daha da möhkəmləndirəcək, qarşıya qoyulan strateji hədəflərinə çatmaq üçün əhəmiyyətli rol oynayacaq.

Sonxeber.net Real tv-yə istinadla mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Etiketlər:  Şuşa ilinin prioritetləri VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ