Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dadaşova o sözləri Tünzaləyə atırmış...

Dadaşova o sözləri Tünzaləyə atırmış...

Tarix: 8 Yanvar 2022 14:45

Xalq artisti Brilliant Dadaşovanın günlərdir instaqramda söz atdığı şəxsin həmkarı Tünzalə Ağayeva olduğu məlum olub.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, iki müğənni arasında "Səs Azərbaycan" yarışmasının dünənki buraxılışında gərginlik yaranıb. Tez-tez bir-birilərinin fikirləri ilə razılaşmayan münsiflərin sözü proqramın son buraxılışında da çəp gəlib. 

Buna səbəb Eldar Qasımovun komandasının iştirakçısı Fərid Hüseynlinin çıxışından sonra Ağayevanın şərh verməsi olub. O, Fəridi çox bəyəndiyini, ritminin, mətn aksentlərinin tamam başqa olduğunu, iştirakçının məharətlə bu işin öhdəsindən gəldiyini söyləyib.

Fəridin çıxışına şərh verən Dadaşova isə həmkarı ilə razılaşmayıb, ona sərt bir şəkildə qarşı çıxıb:

"İlk notlara heç düşmədin. Mən ona görə məəttəl qaldım ki, Tünzalə xanım dedi alqışlayın. Ümumiyyətlə, anlamadım ki, sən hansı tondan oxuyursan".

T. Ağayeva həmkarını cavabsız qoymayıb. O, deyib ki, onsuz da bu səhvi Dadaşovanın səsləndirəcəyini bilirmiş:

"Ona görə həmin məqama toxunmadım. Bilirdim ki, Birilliant xanım deyəcək. Mümkün deyil ki, eşidilməsin. Mən Fəridə başqa tərəfdən dəstək oldum".

Hər iki sənətçinin gərgin anları efirdə əks olunub. Onlar gecə boyu bir-biri ilə dialoq qurmaqdan yayınıblar.


Etiketlər:  Dadaşova sözləri Tünzaləyə atırmış


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ