Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni il süfrənizdən ananası əskik etməyin - Faydaları

Yeni il süfrənizdən ananası əskik etməyin - Faydaları

Tarix: 9 Yanvar 2022 15:48

Yeni il süfrəmizdə xüsusi yeri olan ananas C vitamin ilə zəngindir. Tərkibi minerallar və liflərlə boldur.

Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, ananas xərçəng xəstəliyinə yaxşı təsir edir. Tərkibindəki bol su bədəndəki yağları əridir. Arıqlamaq istəyənlər gündə bir stəkan ananas suyu içə bilər. Əvvəlcə bütöv ananası duzlu suda yarım saat gözlədib, sonra yaxşı yuyub şirəçəkən maşından keçirmək məsləhətdir. Ananas orqanizmə lazım olan vitamin və minerallarla zəngindir. Tərkibindəki zülal həzmi asanlaşdıran və arıqlamağı təmin edən bromelainin fermenti sayəsində bədəndə meydana gələ biləcək iltihabları və şişləri azaldır. Ananas xüsusilə sinüzit, badamcıq iltihabı, gut xəstəliyi, oynaq iltihabı, yaralanma və ya əməliyyatlardan sonrakı sağalma dövrlərində faydalıdır.

B və C vitamini ilə zəngin olan ananas dəri və saçların sağlamlığına yararlıdır. Dırnaqların möhkəmlənməsi, dərinin hamarlaşması üçün məsləhətlidir. Mədə və bağırsaqları təmizləyir. Ananasda olan zülal mayası yeməklərdəki zülalları təsirli bir şəkildə təhlil edərək mədə və bağırsaqları hərəkətləndirir.

Stressin aradan qaldırılması və immunitet sisteminin gücləndirilməsinə də köməkçidir. Ananas qan dövranını sürətləndirərək həm təzyiqi, həm də qandakı yağ nisbətini salmağa təsir edir.

Hərarət, öskürək və boğaz ağrısı üçün çox gözəl vasitədir. Nəfəs borusu infeksiyasının qarşısını alır.

Beyinə gedən qan damarlarını təmizləyir və beynin qan dövranını artırır.

Sümük və oynaqlardakı əhənglənməyi önləyir. Allergiyalara qarşı təsirlidir. Sidikqovucu xüsusiyyətinə görə bədəndəki toksinlərin atımına köməklik edir, selülit müalicəsində də istifadə olunur.


Etiketlər:  Yeni süfrənizdən ananası əskik etməyin Faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ