Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qızıl qlobus''u kimlər aldı? - Siyahı

''Qızıl qlobus''u kimlər aldı? - Siyahı

Tarix: 10 Yanvar 2022 13:32

Ötən gün Los-Ancelesdə 79-cu dəfə "Qızıl qlobus" təqdimetmə mərasimi baş tutub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, budəfəki tədbir məşhurlar qırmızı xalçaya çıxmadan baş tutub. Lakin bu koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərdən irəli gələn addım olmayıb. Buna səbəb mükafatla bağlı qalmaqal yaradan məşhurların boykotudur.

2021-ci ilin fevralında "Los Angeles Times"da "Qızıl Qlobusun "yanlış tərəfi" ilə bağlı araşdırma dərc edilərək, korrupsiya və digər problemlər aşkar edilib. Məsələn, münsiflər heyətinin yüzə yaxın üzvü arasında bir dənə də olsun qaradərili şəxs yoxdur. Təşkilatçıların reputasiyanı bərpa etmək cəhdlərinə baxmayaraq qalmaqal səngiməyib.

Bütün bunlara baxmayaraq bu il açıqlanan qaliblərin tam siyahısını təqdim edirik:

"Ən yaxşı film" - "İtin gücü" ("The Power of the Dog")

"Ən Yaxşı musiqili/komediya filmi" - "West Side Story"

"Ən yaxşı rejissor" - Ceyn Kempion ("İtin gücü")

"Ən yaxşı ssenari" - Kennet Branagh ("Belfast")

"Ən yaxşı aktyor" dram janrı üzrə - Uill Smit ("Kral Riçard")

"Ən yaxşı aktrisa" dram janrı üzrə - Nikol Kidman (Rikardo roluna görə)

"Ən yaxşı aktyor" musiqili/komediya janrı üzrə - Endryu Qarfild - ("Tick Tock BOOM!")

"Ən yaxşı aktrisa" musiqili/komediya janrı üzrə - Rachel Zegler ("West Side Story")

"Ən yaxşı ikinci plan aktyoru" - Cody Smith-McPhee (The Power of the Dog)

"Ən yaxşı ikinci plan aktrisası" - Ariana DeBos "West Side Story"

"Xarici dildə ən yaxşı film" - "Maşının sükanına keç" (Yaponiya)

"Ən yaxşı cizgi film" - "Encanto"

"Ən yaxşı orijinal musiqi" - Hans Zimmer ("Dune")

"Ən yaxşı mahnı" - "No Time to Die" (Billie Eilish, Finneas O'Connor)

"Ən yaxşı serial" (dram) - "The Descendants"

"Ən yaxşı teleserial" (musiqili/komediya) - "Tricks"

"Ən yaxşı televiziya filmi, televiziya serialı və ya mini serial" - "Yeraltı dəmiryolu"

"Dram serialında ən yaxşı aktyor" - Ceremi Stronq ("The Heirs")

"Dram serialında ən yaxşı aktrisa" - M.J.Rodriges ("Pose").

Milli.Az


Etiketlər:  Qızıl qlobusu kimlər aldı Siyahı


RƏYLƏR