Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2022 01:46
Dünən "Qalatasaray"ın baş məşqçi postundan istefa verən Fatih Terim klubla vidalaşıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün "Florya Mətin Oktay" bazasına gələn təcrübəli çalışdırıcı futbolçularla və işçilərlə sağollaşıb.
İstanbul təmsilçisinin bir qrup azarkeşi bazanın qarşısına yığılaraq Fatih Terimə dəstəklərini ifadə ediblər. Onlar həmçinin çalışdırıcını istefaya göndərdiyinə görə prezident Burak Elmasın klubdan getməsini istədiklərini bildiriblər.
Qeyd edək ki, bu Fatih Terimin "Qalatasaray"dan 4-cü istefasıdır. O, 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə də İstanbul təmsilçisinin çalışdırıcısı olub.