Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2022 10:45
"Vəziyyətim yaxşıdır, müalicə olunuram".
Sonxeber.net xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Xalq artisti, mərhum Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva deyib.
Gülzar Quliyeva xəstəliyi ilə əlaqədar həkimlərin ona daim nəzarət altında olmağı tövsiyə etdiyini bildirib:
"Bu xəstəlik sağalan deyil, sadəcə, vaxtlı-vaxtında müalicə olunmalısan. Sağ olsunlar, dövlətimiz də bizi tək buraxmayıb, köməklik edirlər".
Gülzar Quliyeva deyir ki, Arif Quliyevsiz həyat ona çox çətindir:
"Yeni ildə qəbrinin üstünə getmişdik. Baxdıq ki, dost-tanış gəlib, ziyarət edib. Dostları onu hər zaman müdafiə edir, məzarının üstünə güllər də qoymuşdular. Dedim ki, sənə elə ehtiyacımız var ki..."
Qeyd edək ki, Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva Hepatit C xəstəliyindən əziyyət çəkir.