Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kolumbiya əhalisinin yarısından çoxu...

Kolumbiya əhalisinin yarısından çoxu...

Tarix: 14 Yanvar 2022 22:22

Kolumbiya Milli Ərzaq Bankları Şəbəkəsinin (Abaco) və Milli Sahibkar Assosiasiyasının Yeyinti Sənayesi Palatasının (Andi) son hesabatına görə, Kolumbiya əhalisinin 54 faizi (21 milyon nəfər) ərzaq təhlükəsizliyinin olmamasından əziyyət çəkir, 554 min uşaq doyunca yemir. COVID-19 pandemiyası və iqtisadi böhran bu sahədə yaranmış vəziyyəti daha da gərginləşdirib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Kolumbiya sakinlərinin 42,5 faizinin aylıq yemək, mənzil və digər ilkin zərurət xərclərini ödəmək üçün cəmi 331.688 peso (76 avro) vəsaiti var, 7 milyon insan isə ayda 145.000 peso (33 avro) ilə dolanır.

Bu qeyri-bərabərlik meylləri ən çox Latın Amerikasında təzahür edir. 2020-ci il bu regionda son 20 ildə aclığın ən çox yayıldığı il olub. 2019-2020-ci illərdə dilənçi vəziyyətinə düşmüş insanların sayı 30 faiz artaraq 59,7 milyona çatıb.

Xroniki aclıq çəkən uşaqların İQ əmsalı 14 bənd aşağıdır.

COVID-19 pandemiyasına qədər ərzaq bankları 600 min insana xidmət edir, onlara 24 min ton qida məhsulu çatdırırdı. 2020-ci ildə koronavirus pandemiyası ilə əlaqədar hər iki göstərici artıb: ərzaq banklarının xidmət etdiyi insanların sayı 3,2 milyona çatıb, bu insanlar arasında 64 min ton qida məhsulu paylanıb.

Digər tərəfdən, dünyada hər il qida məhsullarının üçdəbir hissəsi atılır. Halbuki həmin qida məhsulları Panama, Uruqvay və Lüksemburq əhalisini yedirtmək üçün kifayət olardı.


Etiketlər:  Kolumbiya əhalisinin yarısından çoxu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ