Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Yanvar 2022 23:36
Koronavirusun "Omikron" ştammının daşıyıcısı asqırdıqda və ya öskürdükdə eyni anda 100-ə qədər insanı yoluxdura bilər.
Sonxeber.net xəbər verir ki, bu barədə rusiyalı immunoloq Vladimir Bolibok deyib.
Onun sözlərinə görə, tərkibində virus hissəcikləri olan aerozolun təcrid olunması üçün adi nəfəs almaq, əsnəmək və ya danışmaq kifayətdir:
"İnsan danışdıqda, nəfəs aldıqda və ya əsnədikdə, başqa bir insana yoluxmaq üçün kifayət qədər virus ehtiva edən bir aerozol buraxılır. Əgər "Omikron" xəstəsi öskürürsə və ya asqırırsa, o zaman bu rəqəm bir dəfəyə 100 nəfərə çatar".
Mütəxəssis "Omikron"un artıq yoluxuculuq baxımından ən yoluxucu xəstəlik sayılan qızılcanı ötməsinə aydınlıq gətirib. Buna görə də indi eyni vaxtda yoluxmuş çoxlu sayda insan var. /medicina.az