Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Yanvar 2022 21:21
Amerika Kardioloji Assosiasiyasının mütəxəssisləri infarktın riskini artıran faktorlar arasında bunları sadalayır:
- Yaş. 65 yaşdan yuxarı olan insanlarda bu risk daha yüksəkdir. Lakin son zamanlar infarktın xeyli "cavanlaşma"sı müşahidə olunur.
- Kişi cinsi. Menopauzaya qədər qadın hormonları ürək və damarları qoruyur və infarktın riskini azaldır. Lakin meniopauzadan sonra qadınlarda bu risk kişilərlə bərabərləşir.
- Qanda xolesterin və triqliseridlərin səviyyəsinin normadan yüksək olması.
- Hipertoniya (yüksək təzyiq).
- Piylənmə.
- Oturaq həyat tərzi.
Əgər sizdə bu risk faktorlardan bir neçəsi varsa siz sağlamlığınıza qarşı daha diqqətli olmalı və vəziyyətinizdə hər hansı dəyişikliklər gördükdə dərhal həkimə müraciət etməlisiniz.
Alimlər infarktın yaxınlaşmasına işarə edən simptomları da sadalayıb.
Saglamolun.az Express-ə istinadla bu simptomları ilə sizi tanış edir:
- səbəbsiz yorğunluq
- tez-tez təkrarlanan başgicəllənməsi
- səbəbsiz narahatçılıq
- tərləmənin artması
- ürəkbulanması və döş qəfəsində diskomfort
- qol və çiyin nahiyəsində (adətən sol tərəfdə) ağrılar.