Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kağız salfetlər sağlamlıq üçün təhlükəlidir

Kağız salfetlər sağlamlıq üçün təhlükəlidir

Tarix: 21 Yanvar 2022 22:39

Alimlər dəfələrlə kağız dəsmalların sağlamlıq üçün ciddi təhlükə mənbəyi olduğunu açıqlayıblar.

Sonxeber.net xəbər verir ki, istifadə olunmamış kağız dəsmallarda müxtəlif xəstəliklər törədən bakteriyalar toplanır. Bu isə o deməkdir ki, patogenlər insanın əlinə yuyulduqdan sonra da düşə bilər.

Xüsusilə zəif immunitetli insanlar daha çox təhlükədədirlər.

Ekspertlər müxtəlif markaya məxsus kağız dəsmalları sınaqdan keçiriblər və bütün nümunələrdə bakteriyalar aşkar edilib.

Bakteriyalar daha çox təkrar emal edilmiş liflərdən hazırlanan dəsmallarda görülüb.

Həmin dəsmallarda bakteriyalar asanlıqla çoxalır, çünki nişasta kimi yapışdırıcı inqridiyentlər bakteriyalar üçün qidadır. Hansı ki, göz, ağ ciyər, qan və mərkəzi sinir sistemi xəstəliklərinə səbəb olurlar. /aztibb.az


Etiketlər:  Kağız salfetlər sağlamlıq üçün təhlükəlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ